5 dekabr 2025. Cümə

Qarabağ oynamağa imkan vermədi - Sampaoli


Qarabağ oynamağa imkan vermədi  - Sampaoli
Fransanın “Olimpik” (Marsel) komandasının baş məşqçisi Xorxe Sampaoli Avropa Konfrans Liqasının pley-off mərhələsində “Qarabağ”a qarşı keçirdikləri ilk oyunla bağlı fikirlərini bölüşüb
 
Corner.az xəbər verir ki, argentinalı mütəxəssis 3:1 hesablı qələbə qazandıqları oyunu belə şərh edib:
 
“Bizim üçün çətin oldu, çünki "Qarabağ" oynamağa imkan vermədi. Birinci hissə ağır keçdi. İkinci yarıda isə ümumiyyətlə oynaya bilmədik. Kollektiv şəkildə zəif oynadıq. Arkadiuş Milikin oyundan çıxarkən mənfi jestini görmədim. Məni maraqlandıran onların oynadıqları dəqiqələrdir. Çünki qarşıda vacib oyunlarımız var”.
 
Bu komandalar arasında cavab görüşü fevralın 24-də Bakıda baş tutacaq.






Konfrans liqası

Edin Ceko Konfrans Liqasında tarixə düşdü
  • Konfrans liqası
  • 12:38 24.10.2025
Edin Ceko Konfrans Liqasında tarixə düşdü