5 dekabr 2025. Cümə

Qarabağ'la oyunda bizi nəyin gözlədiyini bilirdik


Qarabağ'la oyunda bizi nəyin gözlədiyini bilirdik
Fransanın “Olimpik” (Marsel) komandasının qapıçısı Stiv Mandanda Avropa Konfrans Liqasının pley-off mərhələsində “Qarabağ”a qarşı keçirdikləri ilk oyunla bağlı fikirlərini bölüşüb. Corner.az xəbər verir ki, o, 3:1 hesablı qələbəyə sevindikləri oyundan sonra bunları söyləyib:
 
“Çox çətin matç oldu, daha istəkli komandaya qarşı oynadıq. İlk epizodları yaratmaqda çətinlik çəkdik. Standart vəziyyət xeyrimizə işlədi və bunun sayəsində qələbə qazana bildik. Əlbəttə, bu, bizim ən yaxşı oyunumuz deyil. Amma əsas odur ki, qalib gəldik".
 
Mandanda "Qarabağ"ın da çoxlu imkanlar yaratdığını etiraf edib: "Həmin epizodlarda bacardığım qədər öz işimi gördüm. Fərdi və kollektiv nailiyyətimizə görə çox xoşbəxtəm. Rəqibin oyunlarının videolarını izləmişdik. Üzərinə xeyli öhdəlik götürərək, çox yaxşı oynayan komandadır. Bizi nəyin gözlədiyini bilirdik".
 
Fransalı qapıçı cavab görüşünün çətin olacağını diqqətə çatdırıb: "Üçüncü qolumuz xeyrimizə işləyir".
 
Cavab görüşü fevralın 24-də Tofiq Bəhramov adına Respublika stadionunda saat 21:45-də start başlayacaq.






Konfrans liqası

Edin Ceko Konfrans Liqasında tarixə düşdü
  • Konfrans liqası
  • 12:38 24.10.2025
Edin Ceko Konfrans Liqasında tarixə düşdü