5 dekabr 2025. Cümə

KL: Qarabağ ən yaxşılar sırasında


KL: Qarabağ ən yaxşılar sırasında
Konfrans Liqasında pley-off oyunlarından sonra turnir üçün statistik göstəricilər açıqlanıb. Corner.az xəbər verir ki, ötən gecə Fransada “Marsel”ə 1:3 hesabı ilə məğlub olan “Qarabağ” əksər göstəricilərdə ən yaxşılardandı.
 
Təmsilçimiz 7 oyunda 11 qol vurub ki, bu, turnirin 8-ci göstəricisidi. “Slaviya” (Çexiya), “Feyenord” (Niderland) və “Tottenhem” (İngiltərə) də bu pilləyə şərikdi.
 
Qol cəhdlərinə görə isə “Qarabağ” 3-cüdü. Komandamız yalnız “Vitess” (Niderland) və LASK (Avstriya) geri qalır. “Qarabağ” rəqib qapısı istiqamətinə ümumilikdə 112 zərbə endirib. Onlardan 36-sı “çərçivə”ni tapıb, 42-si qeyri-dəqiq alınıb, 32-si bloklanıb.
 
“Qarabağ” turnirdə ən çox künc zərbəsi yerinə yetirən kollektivdi. Təmsilçimiz 52 dəfə topu kornerdən oyuna daxil edib. Komanda üzvləri 16 dəfə oyundankənar vəziyyətə düşüb ki, bu göstərici də ən yüksəklərdəndi.
 
Azərbaycan klubu ən çox qayda pozuntusuna məruz qalan komandalardandı – 87 dəfə. “Qarabağ” özü isə 86 dəfə qayda pozub. Komanda üzvləri 9 sarı vərəqə ilə cəzalandırılıb.
futbolpress.az






Konfrans liqası

Edin Ceko Konfrans Liqasında tarixə düşdü
  • Konfrans liqası
  • 12:38 24.10.2025
Edin Ceko Konfrans Liqasında tarixə düşdü