19 mart 2026. Cümə axşamı

Qarabağ bizi üstələdi, fərdi keyfiyyətlərə görə qalib gəldik


Qarabağ bizi üstələdi, fərdi keyfiyyətlərə görə qalib gəldik

"Rəqib bizi üstələdi və nəticə göstərdiyimiz oyunun inkişafına görə yox, fərdi keyfiyyətlərimizə görə əldə olundu".

Corner.az-ın məlumatına görə, bunu Fransanın "Marsel" klubunun baş məşqçisi Xorxe Sampaoli "Qarabağ"a 3:1 hesabı ilə qalib gəldikləri UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunu barədə danışarkən deyib.

Fevralın 20-də Liqa 1-in 25-ci turunda "Klermon"a qarşı matçdan əvvəl mətbuat konfransı təşkil edən 61 yaşlı mütəxəssis komandasının dünənki çıxışını "Lill" və "Lion"la olan oyunlara bənzədib: "Dünən olduğu kimi, bəzi matçları oynayanda qələbəyə baxmayaraq, həyəcanlanmağa başlayırıq. Bu, mənim üçün "Lill" və ya "Lion"la görüşün sonluğuna bənzəyir. Digər görüşlərdə də uduzmağımıza rəğmən, oyunu nəzarətdə saxlamışıq. Bu, kollektiv məğlubiyyətdir".

Qeyd edək ki, "Qarabağ" və "Marsel" komandaları arasındakı cavab oyunu fevralın 24-də Bakıda olacaq.







Konfrans liqası

"Samsunspor" Konfrans Liqasında tarix yazdı
  • Konfrans liqası
  • 00:08 27.02.2026
"Samsunspor" Konfrans Liqasında tarix yazdı