23 oktyabr 2024. Çərşənbə

Qarabağ - Marsel matçına bilet satışı dayandırıldı


Qarabağ - Marsel matçına bilet satışı dayandırıldı
Bakıda “Qarabağ” və Fransanın “Olimpik” (Marsel) komandaları arasında keçiriləcək Avropa Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununa bilet satışı dayandırılıb. Corner.az xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
 
Bildirilib ki, sistemdə aparılan yeniləmə işlərinə görə, matça bilet satışı bu gün ərzində baş tutmayacaq. Fevralın 21-i saat 11:00-dan isə biletlər yenidən satışda olacaq.
 
Fevralın 24-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Olimpik” matçına saat 21:45-də start veriləcək. Fransadakı ilk oyunda “Qarabağ” 1:3 hesabı ilə uduzub.






Konfrans liqası

Asim Xudiyev Konfrans Liqası oyununda
  • Konfrans liqası
  • 11:18 06.08.2024
Asim Xudiyev Konfrans Liqası oyununda