Avropa Konfrans Liqasının 1/16 final mərhələsinin “Qarabağ”la Marsel “Olimpik”i (Fransa) arasında keçiriləcək cavab matçı üçün satışa çıxarılan biletlərdən yarısı satılıb. Corner.az xəbər verir ki, satışa çıxarılan 15 minə yaxın biletdən 8 mini satılıb.
Yeri gəlmişkən, texniki problemlər səbəbindən dünən dayandırılan bilet satışı bu gündən bərpa olunub.
Koronavirus pandemiyasına görə oyunun keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionunun tribunalarının yalnız 50 faizinə azarkeş buraxılır.
Fevralın 24-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyuna saat 21:45-də start veriləcək. Fransadakı ilk oyunda “Qarabağ” 1:3 hesabı ilə uduzub.