23 aprel 2026. Cümə axşamı

Qarabağ – Marsel: Hakim təyinatları açıqlandı


Qarabağ – Marsel: Hakim təyinatları açıqlandı

"Qarabağ" və Fransanın "Marsel" komandaları arasında keçiriləcək UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununun hakimləri açıqlanıb.

Corner.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşma Polşadan olan hakimlər briqadasına tapşırılıb.

Baş hakim Bartoş Frankovskiyə laynsmanlar qismində Martsin Bonek və Yakub Vinkler yardım göstərəcək. Dördüncü hakim funksiyasını Kjiştof Yakubik icra edəcək.

Qeyd edək ki, fevralın 24-də Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq qarşılaşma saat 21:45-də başlayacaq. Fransadakı ilk oyunda "Qarabağ" 1:3 hesabı ilə uduzub.







Konfrans liqası

AEK məğlub olsa da, 1/4 finala yüksəldi
  • Konfrans liqası
  • 00:19 20.03.2026
AEK məğlub olsa da, 1/4 finala yüksəldi