23 noyabr 2024. Şənbə

Marsel 22 futbolçu ilə Bakıya gəlir


Marsel 22 futbolçu ilə Bakıya gəlir
Fransanın “Olimpik” (Marsel) klubu Konfrans Liqasının pley-off mərhələsi çərçivəsində “Qarabağ”a qarşı keçirəcəyi cavab oyunu üçün iştirak ərizəsini açıqlayıb. Corner.az xəbər verir ki, Liqa 1 təmsilçisi Bakıya 22 futbolçu ilə səfərə çıxıb.
 
Baş məşqçi Xorxe Sampaoli Fransadakı ilk matçı cəza səbəbindən buraxan Valenten Ronjyeni də heyətə daxil edib. Bundan əlavə, B siyasında yer alan 19 yaşlı qapıçı Simon Nqapanduetnbu da Bakıya gətirilir.
 
Qapıçılar: 1. Simon Nqapanduetnbu, 16. Pau Lopes, 30. Stiv Mandanda; 
 
Müdafiəçilər: 2. Vilyam Saliba, 3. Alvaro, 5. Leonardo Balerdi, 14. Luan Peres, 15. Due Çaleta-Çar, 23. Sead Kolaşinats, 29. Pol Lirola;
 
Yarımmüdafiəçilər: 4. Bubakar Kamara, 6. Matteo Genduzi, 8. Jerson, 21. Valenten Ronjye, 22. Pape Qeye;
 
Hücumçular: 7. Amin Arit, 9. Arkadiuş Milik, 10. Dimitri Payet, 12. Bamba Dyenq, 13. Sedrik Bakambu, 17. Cengiz Ündər, 20. Konrad De La Fuente.
 
Fevralın 24-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq qarşılaşmaya saat 21:45-də start veriləcək. Fransadakı ilk oyunda "Qarabağ" 1:3 hesabı ilə uduzub.






Konfrans liqası