23 oktyabr 2024. Çərşənbə

Qarabağ – Marsel oyununa neçə bilet satılıb?


Qarabağ – Marsel oyununa neçə bilet satılıb?

“Qarabağ”la “Marsel” (Fransa) arasında keçiriləcək UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununa neçə bilet satıldığı məlum olub.

Corner.az Ağdam klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, qarşılaşmaya 12 500-dən çox bilet satılıb.

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matçda koronavirus pandemiyası ilə əlaqədar stadion tutumunun 50 faizi qədər azarkeş tribunalara buraxılacaq. Buna görə də, oyun üçün 15 500 bilet satışa çıxarılıb.

Fevralın 24-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 21:45-də başlayacaq. Fransadakı ilk oyunda “Qarabağ” 1:3 hesabı ilə uduzub.







Konfrans liqası

Asim Xudiyev Konfrans Liqası oyununda
  • Konfrans liqası
  • 11:18 06.08.2024
Asim Xudiyev Konfrans Liqası oyununda