- Konfrans liqası
- 02:04 08.11.2024
"Bizi çətin oyun gözləyir".
Corner.az-ın məlumatına görə, bunu "Qarabağ"ın futbolçusu Kadi Borges Bakıda Fransanın "Marsel" komandasına qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunundan əvvəl mətbuat konfransında deyib.
25 yaşlı yarımmüdafiəçi cavab matçında təslim olmayacaqlarını söyləyib: "Birinci oyunu analiz etmişik, Buraxdığımız səhvlərdən nəticə çıxarmalıyıq. Ümid edirəm ki, oradakı səhvləri təkrarlamayacağıq. Öz gücümüzə də bələdik. Hesab əlehyimizə olsa da, bunu xeyrimizə dəyişmək iqtidarındayıq. Təslim olmayacaq, sona qədər mübarizə aparacağıq. Ümid edirəm ki, bizə lazım olan nəticəni əldə edə biləcəyik".
Qeyd edək ki, fevralın 24-də Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq qarşılaşma saat 21:45-də başlayacaq. Fransadakı ilk oyunda "Qarabağ" 1:3 hesabı ilə uduzub.