23 noyabr 2024. Şənbə

Qurban Qurbanov Marseldəki erməni təxribatından danışdı


Qurban Qurbanov Marseldəki erməni təxribatından danışdı
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Fransada Marsel “Olimpik”inə qarşı keçirdikləri ilk oyunda baş verən erməni təxribatlarına münasibət bildirib. Corner.az xəbər verir ki, 49 yaşlı mütəxəssis artıq belə hallara fikir vermədiklərini söyləyib:
 
“Oradakı təxribata zərrə qədər də önəm vermədim. Torpaqlarımız bizdə olmayanda rəqiblərdən ehtiyatlanırdıq, uduzmaq istəmirdik. Başda mən olmaqla çox narahat olurduq. Qarabağ köçkünləri illər idi əziyyət çəkirdilər, doğma torpaq arzusunda idilər. Bizə baxıb fərəhlənirdilər. Dəfələrlə də təxribatlar olmuşdu. Bu gün heç bir təxribat mənim üçün ciddi əhəmiyyət kəsb etmir. Çünki Azərbaycan xalqı, komandası olaraq başıdik getmişik. Çünki torpaqlarımız geri qayıdıb. Dünya futbolunda da belə hallar olub. Bu təxribat deyil, çox kiçik şeydir. Şükürlər olsun, bayrağımız öz torpaqlarımızda ucalıb. Bununla bizə heç nə göstərə, deyə bilməzlər. Bunu qəbul etmirəm. Sabah bayraqlarımızın sayı da çox olacaq. Onda hamımız başa düşəcəyik ki, belə şeylərə təxribat demək olmaz. Düşünmürəm ki, futbolçularımıza da təsir edib".






Konfrans liqası