- Konfrans liqası
- 02:04 08.11.2024
"Bir ilə yaxındır ki, buradayam. Həmişə eyni üslubda çıxış etmişik və buna sadiq qalmışıq".
Corner.az-ın məlumatına görə, bunu Fransanın "Marsel" klubunun baş məşqçisi Xorxe Sampaoli Bakıda "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunundan əvvəl mətbuat konfransında deyib.
61 yaşlı mütəxəssis hər kəsin öz fikrini demək hüququ olduğunu bildirib: "Mənim əsas məqsədim komandanın inkişafıdır. Biz daha çox çalışmalıyıq ki, komanda inkişaf etsin. Son qarşılaşmada iki qol buraxdıq. Göstərdiyimiz oyun hesabda özünü əks etdirmədi. Bəlkə də ən yaxşı matçlarımızdan birini sərgilədik".
Argentinalı baş məşqçi futbolçuların yorğunluğunu baxmayaraq onlara güvəndiyini söyləyib: "Amma buna baxmayaraq sabah ən yaxşı futbolçulara güvənəcəyəm. Çətin qarşılaşma olacaq, amma mərhələni keçməyə çalışacağıq.
Qeyd edək ki, fevralın 24-də Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq qarşılaşma saat 21:45-də başlayacaq. Fransadakı ilk oyunda "Qarabağ" 1:3 hesabı ilə uduzub.