Fransanın “Olimpik” (Marsel) klubunun futbolçusu Bubakar Kamara Konfrans Liqasının pley-off mərhələsinin “Qarabağ”la cavab oyunundan öncə fikirlərini bölüşüb. Corner.az xəbər verir ki, o, bu gün Bakıda baş tutan mətbuat konfransında bunları söyləyib:
“Qarabağ”a qarşı ən yaxşı oyunumuzu göstərmək istəyirik. Komandada hansısa problem yoxdur. “Klermon"a qarşı son çempionat matçındakı məğlubiyyəti öz aramızda danışmışıq. Hər oyundakı nəticələrdən sonra azarkeşlər buna reaksiya göstərir. Biz bütün matçlarda qələbə qazanmağa çalışırıq ki, azarkeşlərin gözündə hörmətimizi saxlayaq. Amma uduzanda məyus oluruq. Futbolçular bir-birinə dəstək olmağa çalışır. Sabahkı görüşə də yaxşı köklənmişik. Meydana qələbə üçün çıxacağıq".
Kamara Bakıda məğlub olsalar, fanatların bunu çox pis qarşılayacağını bildirib: "Bu barədə düşünmürük. Mərhələ adlayacağımıza ümid edirik və hər şey bizim üçün yaxşı qurtaracaq".