23 oktyabr 2024. Çərşənbə

UEFA Qarabağ'la oyunda qol vuran futbolçunu fərqləndirdi


UEFA Qarabağ'la oyunda qol vuran futbolçunu fərqləndirdi

UEFA Konfrans Liqasının rəsmi tviter hesabı Fransanın "Marsel" klubunun futbolçusu Dimitri Payeti fərqləndirib.

Corner.az-ın məlumatına görə, 34 yaşlı yarımmüdafiəçinin pley-off mərhələsinin ilk oyununda "Qarabağ"a vurduğu qol paylaşıb.

Fransalı oyunçunun cari mövsüm avrokuboklarda 23 görüşdə 15 qolun iştirakısı olduğu, daha dəqiqi, 9 qol, 6 məhsuldar ötürmə ilə yadda qaldığı xatırladılıb.

Qeyd edək ki, "Qarabağ" və "Marsel" komandaları arasındakı cavab qarşılaşması bu gün saat 21:45-də start götürəcək. Fransadakı ilk oyunda Azərbaycan təmsilçisi 1:3 hesabı ilə uduzub.







Konfrans liqası

Asim Xudiyev Konfrans Liqası oyununda
  • Konfrans liqası
  • 11:18 06.08.2024
Asim Xudiyev Konfrans Liqası oyununda