23 oktyabr 2024. Çərşənbə

Qarabağ Konfrans Liqası ilə vidalaşdı


Qarabağ Konfrans Liqası ilə vidalaşdı

"Qarabağ” bu gün futbol üzrə Avropa Konfrans Liqasının pley-off mərhələsi çərçivəsində Marsel “Olimpik”i ilə (Fransa) cavab oyununa çıxıb.

Corner.az xəbər verir ki, ilk oyunda bu rəqibinə 1:3 hesabı ilə məğlub olan Ağdam təmsilçisi doğma meydandakı cavab qarşılaşmasında qələbə qazanmaq üçün çalışıb. Bu dəfə də 3 qolla məğlub olan Azərbaycan təmsilçisi Konfrans Liqasında mübarizəni dayandırıb.

Xatırladaq ki, “Qarabağ” tarixində ilk dəfə olaraq avrokuboklarda qrupdan çıxaraq, pley-off mərhələsində mübarizə aparırdı. Bu isə Azərbaycan futbolu tarixində də bir ilkdir.

Avropa Konfrans Liqası
1/16 finalın cavab oyunu
24 fevral

Qarabağ – Olimpik (Marsel) 0:3
Qol: P.Qeye, 12. M.Genduzi, 77. K.D.La Fuente, 90+2.
Hakimlər: Bartoş Frankovski, Martsin Bonek, Yakub Vinkler, Kjiştof Yakubik (hamısı Polşa).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.
İlk oyun: 1:3.







Konfrans liqası

Asim Xudiyev Konfrans Liqası oyununda
  • Konfrans liqası
  • 11:18 06.08.2024
Asim Xudiyev Konfrans Liqası oyununda