Konfrans Liqasının pley-off mərhələsinin cavab matçında Bakıda “Qarabağ”a qalib gələn (3:0) Fransanın “Marsel” klubunun baş məşqçisi Xorxe Sampaoli oyunla bağlı fikirlərini bölüşüb. Corner.az xəbər verir ki, o, görüşdən sonra mətbuat konfransında jurnalistlərin suallarını cavablandırdı.
- Oyun barədə nə deyə bilərsiz? - Bizim üçün çətin oyun oldu. İlk matç da ağır keçmişdi. Amma bu dəfə qələbəni daha rahat qazandıq.
- “Qarabağ”ın oyunçusu əllə qol vurduqdan sonra rəqib komandanın baş məşqçisi Qurban Qurbanov reaksiya verdi və top qeydə alınmadı. Buna münasibətiniz necədi? - Necə şərh edəcəyimi bilmirəm. Həyatımda belə bir şey görməmişdim. Bu səviyyədə yarışda futbolçu və ya məşqçinin belə hərəkət etməsi çox başqa bir şeydir. Təbrik etmək istəməzdim, amma o məşqçinin yerində olmaq istərdim. Qurban Qurbanovun şəxsiyyətini tərənnüm etməyə söz tapa bilmirəm.
- Karyeranızda belə bir hadisə olmuşdu? Başınıza gəlsəydi, nə edərdiz? - Belə bir şeyi heç vaxt görməmişəm. Olsaydı, səmimi deyim ki, hakimin qərarını dəyişməsi ilə razılaşmazdım, qolu qeyd edərdim. İndi elə şey baş verdi ki, mənim üçün yenilik oldu.
- Oyundan əvvəl klubun sosial şəbəkə paylaşımına görə Bakıya simvolik olaraq atla gəlmişdiz. Qurbanovun bu hərəkətindən sonra nə il gedirsiz? - Geriyə təyyarə ilə qayıdacağıq. "Qarabağ"ın Konfrans Liqasında digər oyunlarını da izləmişəm. Hər iki matçı götürsək, etiraf etməliyəm ki, bizdən çox üstün oldular. "Qarabağ" çox hörmətəlayiqdi. Qələbə qazandıqsa, bu, oyunçuların fərdi ustalığı hesabına oldu