"Dünən risq edəcəyimizi bildirmişdik". Corner.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Fransa "Marsel"inə 0:3 hesabı ilə uduzduqları UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunundan sonra mətbuat konfransında deyib.
50 yaşlı mütəxəssis böyük hesablı məğlubiyyəti gözlədiyini bildirib: "Komandanın özünə inamını dəyişdirməkdir. Daha hücumameyilli futbol sərgiləmək istəyirik. Futbolçularımdan çox razı qaldım. 2:0-dan sonra 3:0 və ya 4:0-ı düşünmürdüm. Oyunçularım saysız-hesabsız hücumlar etdilər. Rəqib 3 qol epizodundan yararlandı. Bütün azarkeşlərə təşəkkür edirəm. Atmosfer möhtəşəm idi. Belə klubların ölkəyə gəlməsi futbolumuzun inkişafı üçün təkandır". report.az