- Konfrans liqası
- 02:14 28.11.2025
Avropa Konfrans Liqasında 1/16 final mərhələsinin cavab oyunları keçirilib. Corner.az xəbər verir ki, Türkiyənin yeganə təmsilçisi “Fənərbaxça” Praqada “Slaviya”nın qonağı olub. İstanbulda keçirilən ilk görüşdə Çexiya təmsilçisi 3:2 hesabı ilə qələbə qazanmışdı. Cavab matçında da oxşar nəticə ilə qələbə qazanan, meydan sahibləri Türkiyə klubunu mübarizədən kənarlaşdırıb.
İngiltərənin “Lester Siti” klubu isə səfərdə “Randers”in qonağı olub. İlk oyunda qazanılan böyükhesablı qələbə qazanan "tülkü"lərin turun keçəcəyini rahatla söyləmək olardı. Belə də olub. Cavab görüşündə də qalib gələn İngiltərə təmsilçisi növbəti mərhələyə vəsiqə qazanıb.
Niderlandın PSV klubu isə İsraildə "Makkabi"nin qonağı olub. İlk görüşdə minimal hesabla qələbə qazanan Niderland təmsilçisi bu görüşdə heç-heçə etməsinə baxmayaraq növbəti mərhələyə adlayıb.
Yunanıstanın PAOK klubu isə doğma meydanda Danimarkanın "Midtyulland"ını qəbul edib. İlk görüşdə Danimarka təmsilçisi minimal hesabla qələbə qazanmışdı. Cavab matçında Yunanıstan klubu 2:1 hesablı qələbə qazanmasına baxmayaraq ilk görüşün nəticəsinə görə oyunxa əlavə vaxtlara ehtiyac duyulub. Burda da hesab dəyişmədiyindən qalibin bilinməsi üçün penalti seriyalarına ehtiyac duyulub. Burda daha dəqiq olan PAOK növbəti mərhələyə vəsiqə qazanıb.
Avropa Konfrans Liqası
1/16 finalın cavab oyunları
24 fevral
Qarabağ (Azərbaycan) – Olimpik (Marsel, Fransa) 0:3
Qol: P.Qeye, 12. M.Genduzi, 77. K.D.L.Fuente, 90+2.
İlk oyun – 1:3
Bodo Qlimt (Norveç) – Seltik (Şotlandiya) 2:0
Qol: Solbakken, 9. Vetlesen, 69.
İlk oyun – 3:1
Partizan (Serbiya) – Sparta (Praqa, Çexiya) 2:1
Qol: R.Qomes, 7; 24 – Hlojek, 85.
İlk oyun – 1:0
Randers (Danimarka) – Lester Siti (İngiltərə) 1:3
Qol: Odey, 84 – Barnes, 2. Maddison, 70; 74.
İlk oyun – 1:4
Makkabi (Tel-Əviv, İsrail) – PSV (Niderland) 1:1
Qol: Saborit, 90+1 – Veressen, 85.
İlk oyun – 0:1
Slaviya (Praqa, Çexiya) – Fənərbaxça (Türkiyə) 3:2
Qol: Ştrans, 19. Sor, 27; 63 – M.Yandaş, 39. Berişa, 90.
İlk oyun – 3:2
PAOK (Yunanıstan) – Midtyulland (Danimarka) 2:1 (penaltilər 5:3)
Qol: Jivkoviç, 20. Vyeyrinya, 26 – Höq, 80.
İlk oyun – 0:1
Vitess (Niderland) – Rapid (Vyana, Avstriya) 2:0
Qol: Qrbiç, 3. Bero, 19.
İlk oyun – 1:2