5 dekabr 2025. Cümə

Dedi ki, etiraf etməsən Allah səni cəzalandıracaq


Dedi ki, etiraf etməsən Allah səni cəzalandıracaq
"Genduzi mənə dedi ki, müsəlmansan, həqiqəti deməsən, Allah səni cəzalandıracaq". Corner.az xəbər verir ki, bunu "Qarabağ"ın futbolçusu İbrahima Vadji deyib.
 
O, Bakıda Fransa "Marsel"inə 0:3 hesabı ilə uduzduqları oyunda əli ilə qol vurduqdan sonra qonaqların yarımmüdafiəçisi Matteo Genduzi ilə aralarındakı insidentə də toxunub: "Komandamıza qələbə lazım idi. Əllə qol vursam da, öncə ümumi uğurumuz naminə referiyə bildirmədim. "Olimpik Marsel"in futbolçuları qolu əlimlə vurduğumu söylədikdən sonra mənə təşəkkür etdilər".
 
27 yaşlı forvard baş məşqçi Qurban Qurbanovun hərəkətinə də münasibət bildirib: "O, ciddi insandır. Yalan danışmağı sevmir. Mənim üçün də ağır idi. Çünki topa əlimlə toxunmuşdum. Bunu kapitanıma və komanda yoldaşlarıma dedim. Baş məşqçi bildirdi ki, biz əllə qol vurmalı deyilik, məsuliyyəti öz üzərinə götürməlisən. Ona görə də hakimlə danışmağa getdim. Nəticədə referi qolu ləğv etdi".






Konfrans liqası

Edin Ceko Konfrans Liqasında tarixə düşdü
  • Konfrans liqası
  • 12:38 24.10.2025
Edin Ceko Konfrans Liqasında tarixə düşdü