5 dekabr 2025. Cümə

Avroliqa və Konfrans Liqasında həftənin ən yaxşısı adına namizədlər bilindi


Avroliqa və Konfrans Liqasında həftənin ən yaxşısı adına namizədlər bilindi
Futbol üzrə Avropa Liqası və Konfrans Liqasında həftənin ən yaxşı oyunçusu adına namizədlər müəyyənləşib.Corner.az xəbər verir ki, bu, pley-off mərhələsinin cavab görüşlərindən sonra bəlli olub.
 
Avropa Liqasında Ceyms Tavernye ("Reyncers", Şotlandiya), Rikardo Orta ("Braqa", Portuqaliya), Mehdi Taremi ("Portu", Portuqaliya), Ruslan Malinovski ("Atalanta", İtaliya) həftənin ən yaxşısı adına namizəddir.
 
Konfrans Liqasında isə Ola Solbakken ("Bodo Qlimt", Norveç), Ceyms Meddison ("Lester Siti", İngiltərə), İra Sor ("Slaviya", Çexiya) və Eli Dasa ("Vitess", Niderland) ən yaxşı dörd oyunçudan biridir.
 
Qeyd edək ki, qalib UEFA-nın rəsmi saytında azarkeşlər arasında səsvermədən sonra bəlli olacaq.






Konfrans liqası

Edin Ceko Konfrans Liqasında tarixə düşdü
  • Konfrans liqası
  • 12:38 24.10.2025
Edin Ceko Konfrans Liqasında tarixə düşdü