5 dekabr 2025. Cümə

Azərbaycan Avropada neçənci oldu?


Azərbaycan Avropada neçənci oldu?
Ölkələrin UEFA reytinqi açıqlanıb. Corner.az  xəbər verir ki, “Qarabağ” dünən Avropa Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununda “Marsel”ə məğlub olmaqla cari avrokubok mövsümü Azərbaycan üçün başa çatıb.
 
Son beynəlxalq oyunlardan sonra ölkəmiz yerini dəyişməyib və 26-cı pillədə qərarlaşıb. Ağdam klubunun hesabında 17.000 xal var.
 
Bizdən aşağı pillələrdə qərarlaşan ölkələrin də təmsilçisi avrokuboklar üçün mübarizəni dayandırdığından, Azərbaycanın indiki yeri mövsümün sonu üçün yekun mövqedir.
 
Qeyd edək ki, siyahıya 101.355 xalla İngiltərə başçılıq edir. İspaniya (91.855) ikinci, İtaliya (74.045) üçüncü sıradadır. Türkiyə isə “Fənərbaxça”nın uduzması ilə 19-cu sıraya düşüb.






Konfrans liqası

Edin Ceko Konfrans Liqasında tarixə düşdü
  • Konfrans liqası
  • 12:38 24.10.2025
Edin Ceko Konfrans Liqasında tarixə düşdü