- Konfrans liqası
- 07:19 19.12.2025
UEFA Konfrans Liqasında 1/8 final mərhələsinin püşkü atılıb.
Corner.az-ın məlumatına görə, İsveçrənin Nyon şəhərində keçirilən tədbirdə bu raundun cütlükləri bəlli olub.
Pley-off mərhələsində "Qarabağ"ı mübarizədən kənarlaşdıran Fransanın "Marsel" klubu 1/8 finalda elə məhz qrup mərhələsində Ağdam klubunun rəqibi olan İsveçrənin "Bazel" klubu ilə qarşılaşacaq. "Lester" "Renn"lə, "Roma" isə "Vitess"lə üz-üzə gələcək.
UEFA Konfrans Liqası
1/8 final
"Marsel" (Fransa) - "Bazel" (İsveçrə)
"Lester" (İngiltərə) - "Renn" (Fransa)
PAOK (Yunanıstan) - "Gent" (Belçika)
"Vitess" (Niderland) - "Roma" (İtaliya)
PSV (Niderland) - "Kopenhagen" (Danimarka)
"Slaviya" Praqa (Çexiya) - LASK (Avstriya)
"Budyo Qlimt" (Norveç) - AZ (Niderland)
Partizan" (Serbiya) - "Feyenoord" (Niderland)
Qeyd edək ki, 1/8 final mərhələsinin ilk matçları martın 10-da, cavab qarşılaşmaları isə martın 17-də oynanılacaq.