19 mart 2026. Cümə axşamı

Cengiz Ünder Bakıya səfərindən danışdı


Cengiz Ünder Bakıya səfərindən danışdı
"Marsel “Olimpik”inin (Fransa) türkiyəli yarımmüdafiəçisi Cengiz Ündər Konfrans Liqasının pley-off mərhələsində “Qarabağ”la Bakıda keçirdikləri cavab oyunu barədə danışıb. Corner.az xəbər verir ki, 25 yaşlı futbolçu Fransa mətbuatına açıqlamasında Bakıya səyahətin uzun olduğunu bildirib:
 
“Yaxşı nəticə əldə etdik, qələbə hər kəs üçün vacib idi. Ümumilikdə təyyarədə 10 saat vaxt keçirdik. Amma fiziki cəhətdən yaxşı formadayıq. 1/8 final mərhələsindəki rəqibimiz – İsveçrə “Bazel”i yaxşı komandadır. Amma bu oyunlaradək Liqa 1-də daha çox qələbə qazanmalı və özümüzə inanmalıyıq. Hədəfimiz Konfrans Liqasında mümkün qədər irəli getməkdir”.
 
Fransa klubu “Qarabağ”a ümumilikdə 6:1 hesabı ilə qalib gələrək 1/8 finala adlayıb.






Konfrans liqası

"Samsunspor" Konfrans Liqasında tarix yazdı
  • Konfrans liqası
  • 00:08 27.02.2026
"Samsunspor" Konfrans Liqasında tarix yazdı