23 oktyabr 2024. Çərşənbə

Marsel'lə oyunda bütün gücümüzü ortaya qoyduq


Marsel'lə oyunda bütün gücümüzü ortaya qoyduq

"Qarşılaşmada bütün gücümüzü ortaya qoyduq".

Corner.az xəbər verir ki, bunu "Qarabağ"ın futbolçusu Rüstəm Əhmədzadə Bakıda Fransa "Marsel"inə 0:3 hesabı ilə uduzduqları UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunu barədə danışarkən deyib.

22 yaşlı hücumçu bildirib ki, böyük hesablı məğlubiyyətin səbəbini söyləmək çətindir: "Biz yaxşı oynadıq, hamımız çalışdıq və bütün gücümüzü ortaya qoyduq. Hər kəs mərhələ adlamaq istəyirdi. Bizim kimi, "Marsel" də meydana bu niyyətlə çıxmışdı. Lakin bu, idmandır. Bu dəfə onların daha çox bəxti gətirdi. Baxmayaraq ki, biz yaxşı və inamlı oyun sərgilədik. Mərhələni keçə bilməməyimiz daha çox işləməyimiz, daha böyük hədəfləri qarşımıza məqsəd qoymağımız üçün səbəb olmalıdır. Biz yenə işləyəcək və inkişaf etməyə, daha yaxşı nəticə göstərməyə çalışacağıq".

Qeyd edək ki, "Qarabağ" Fransadakı ilk görüşdə rəqibinə 1:3 hesabı ilə uduzub.(report)







Konfrans liqası

Asim Xudiyev Konfrans Liqası oyununda
  • Konfrans liqası
  • 11:18 06.08.2024
Asim Xudiyev Konfrans Liqası oyununda