23 oktyabr 2024. Çərşənbə

Roma'dan səfərdə, Lester və Marsel'dən evdə qələbə


Roma'dan səfərdə, Lester və Marsel'dən evdə qələbə

 Avropa Konfrans Liqasında 1/8 final mərhələsinin ilk oyunları keçirilib. Corner.az xəbər verir ki, bütün görüşlər eyni gündə baş tutub.

“Qarabağ”ı mübarizədən kənarlaşdıran Marsel “Olimpik”i evdə Ağdam təmsilçisinin qrupdakı rəqiblərindən olan “Bazel”i qəbul edib. Üç qolun qeydə alındığı bu matçda meydan sahibləri qələbə qazanıb.

 “Roma” səfərdə “Vitess”in qonağı olub. Bu görüşdə İtaliya təmsilçisi minimal hesabla qalib gəlib.

Sürpriz çıxışları ilə diqqət çəkən “Bude Qlimt” evdə “Alkmaar”la qarşılaşıb və bu oyunda da inamlı qələbə qazanıb. Beləcə, Norveç təmsilçisi avrokuboklarda ardıcıl 8-ci ev oyununu da qələbə ilə başa vurub.

Məhsuldar alınan “Partizan” – “Feyenoord” matçında qonaqlar darmadağınla qalib gəlib. 8 qolun qeydə alındığı PSV – “Kopenhagen” matçında isə qalib müəyyənləşməyib. “Lester Siti” doğma meydanda  “Renn”lə üz-üzə gəlib və görüşdə "tülkülər" qələbəyə sevinən tərəf olub.

Avropa Konfrans Liqası
1/8 finalın ilk oyunları
10 mart

PAOK (Yunanıstan) – Gent (Belçika) 1:0
Qol
: Kurtiç, 58.

Vitess (Niderland) – Roma (İtaliya) 0:1
Qol
: S.Oliveyra, 45+1.

Partizan (Serbiya) – Feyenoord (Niderland) 2:5
Qol: Natço, 13. Yoviç, 46 – Toornstra, 20; 77. Dessers, 52. Gertulda, 64. Sinisterra, 71.

Slaviya (Praqa, Çexiya) – LASK (Avstriya) 4:1
Qol: Sor, 3; 29. Olayinka, 83. Traore, 85 – Baliç, 67.

PSV (Niderland) – Kopenhagen (Danimarka) 4:4
Qol: Qakpo, 21; 70. Doan, 50. Zahavi, 85 – Yohannesson, 6. Biel, 23; 78. Lerager, 43.

Bude Qlimt (Norveç) – Alkmaar (Niderland) 2:1
Qol: Pelleqrino, 39. Solbakken, 90+1-pen – Abuxlal, 73.

Lester Siti (İngiltərə) – Renn (Fransa) 2:0
Qol: Olbrayton, 30. İheanaço, 90+3.

Olimpik (Marsel, Fransa) – Bazel (İsveçrə) 2:1
Qol: A.Milik, 19-pen; 68 – Espozito, 79.







Konfrans liqası

Asim Xudiyev Konfrans Liqası oyununda
  • Konfrans liqası
  • 11:18 06.08.2024
Asim Xudiyev Konfrans Liqası oyununda