- Konfrans liqası
- 02:04 08.11.2024
Fransa "Marsel"inin futbolçusu Arkadiuş Milik klubun əfsanəvi oyunçusu Jan-Pyer Papenin rekordunu təkrarlayıb.
Corner.az "Opta Jean" nəşrinə istinadən xəbər verir ki, 27 yaşlı hücumçu buna evdə İsveçrənin "Bazel" klubuna 2:1 hesabı ilə qalib gəldikləri UEFA Konfrans Liqasının 1/8 final mərhələsinin ilk oyununda nail olub.
Komandanın hər iki qolunu vuran polşalı futbolçu meydanda olduğu ardıcıl 5 qarşılaşmada fərqlənə bilən iki oyunçudan biridir.
Milik Avropa Liqasının qrup mərhələsində İtaliyanın "Latsio", Türkiyənin "Qalatasaray" və Rusiyanın "Lokomotiv" (Moskva) klubları ilə görüşlərdə qol vurub. Hücumçu Fransada "Qarabağ"ı 3:1 hesabı ilə məğlub etdikləri UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk qarşılaşmasında da dubl edib. Milik Bakıda 3:0 hesabı ilə qalib gəldikləri cavab matçında iştirak etməyib.
Qeyd edək ki, Jan-Pyer Papen 1988/1989 mövsümündə ardıcıl 5 avrokubok oyununda qol vurub.