23 oktyabr 2024. Çərşənbə

KL: 1/4 finalın bütün iştirakçıları bəlli oldu


KL: 1/4 finalın bütün iştirakçıları bəlli oldu

Avropa Konfrans Liqasında 1/8 final mərhələsinin cavab oyunları keçirilib. Corner.az xəbər verir ki, bütün oyunlar eyni gündə baş tutub.

Ən maraqlı görüşlərindən biri Fransada keçirilib. Burada cari mövsümdə müxtəlif mərhələlərdə “Qarabağ”ın rəqibi olmuş iki komanda – Marsel “Olimpik”i və “Bazel” qarşılaşıb. İlk matçarda Marsel klubu 2:1 hesablı qalib gəlmişdi. Cavab matçında da oxşar qələbəyə imza atan qonaqlar 1/4 finala yüksəliblər.

Joze Mourinyonun rəhbərlik etdiyi “Roma” ilk oyunda minimal hesabla məğlub etdiyi “Vitess”i bu dəfə evdə qəbul edib. Cavab görüşündə heç-heçə əldə edildiyindən və növbəti mərhələyə “canavarlar” vəsiqə qazanıb.

Mövsümün sürpriz komandalarından olan “Bude Qlimt” səfərdə “Alkmaar”ın qonağı olub. İlk oyunda 2:1 qalib gələn Norveç klubu cavab görüşündə heç-heçə edərək növbəti mərhələyə adlayıb.

“Kopenhagen” evdə  PSV-ni qəbul edib.  İlk oyunda hərəyə 4 top vuran komandaların cavab qarşılaşmasın da bu dəfə yalnız PSV 4 qol vuraraq növbəti mərhələyə adlayıb.

"Lester Siti" səfərdə Fransanın "Renn"in qonağı olub. İlk oyunda "tülkülər" qələbə qazanmışdı. Cavab görüşündə Fransa təmsilçisi qələbə qazanmasına baxmayaraq mübarizəni dayandırıb və qonaqlar mərhələni adlayan tərəf olub.

Avropa Konfrans Liqası
1/8 finalın cavab oyunları
17 mart

Alkmaar (Niderland) – Bude Qlimt (Norveç) 2:2
Qol: Pavlidis, 18; 30 – Pelleqrino, 26. Sampsted, 105+1.
İlk oyun – 1:2

Kopenhagen (Danimarka) – PSV (Niderland) 0:4
Qol: Zahavi, 10; 79. Getse, 38. Madueke, 90+1.
İlk oyun – 4:4

Renn (Fransa) – Lester Siti (İngiltərə) 2:1
Qol: Buriqe, 8. Tait, 76 – Fofana, 51.
İlk oyun – 0:2

Bazel (İsveçrə) – Olimpik (Marsel, Fransa) 1:2
Qol: Ndoye, 63 – C.Ündər, 74. Ronjye, 90+3.
İlk oyun – 1:2

Gent (Belçika) – PAOK (Yunanıstan) 1:2
Qol: Depoytre, 40 – Krespo, 20. Auqusto, 77.
İlk oyun – 0:1

Roma (İtaliya) – Vitess (Niderland) 1:1
Qol: Abraham, 90+1 – Vittek, 62.
İlk oyun – 1:0

Feyenoord (Niderland) – Partizan (Serbiya) 3:1
Qol: Dessers, 45. Nelson, 59. Linssen, 90 – R.Qomes, 61.
İlk oyun – 5:2

LASK (Avstriya) – Slaviya (Praqa, Çexiya) 4:3
Qol: Vayzinger, 36; 76. Qruber, 88. Şmidt, 89 – Olayinka, 24. Bah, 37. Sor, 62.
İlk oyun – 1:4







Konfrans liqası

Asim Xudiyev Konfrans Liqası oyununda
  • Konfrans liqası
  • 11:18 06.08.2024
Asim Xudiyev Konfrans Liqası oyununda