- Konfrans liqası
- 02:04 08.11.2024
UEFA Konfrans Liqasında 1/4 final və yarımfinal mərhələlərinin püşkatma mərasimi keçirilib.
Corner.az-ın məlumatına görə, İsveçrənin Nyon şəhərindəki tədbirdə hər iki raundun cütlükləri müəyyənləşib.
Pley-off mərhələsində "Qarabağ"ı, 1/8 finalda isə Ağdam təmsilçisinin qrup mərhələsindəki rəqibi olmuş İsveçrə "Bazel"ini mübarizədən kənarlaşdıran Marsel "Olimpik"i 1/4 finalda Yunanıstan PAOK-u ilə üz-üzə gələcək.
Mövsümün sürpriz komandalarından olan “Bude Qlimt” bu dəfə Joze Mouriyonun "Roma"sı ilə qarşılaşacaq.
Püşkatma zamanı həmçinin final matçının nominal meydan sahibi də bəlli olub.
UEFA Konfrans Liqası
1/4 final
"Budyo Qlimt" (Norveç) - "Roma" (İtaliya)
"Feyenoord" (Niderland) - "Slaviya" Praqa (Çexiya)
"Marsel" (Fransa) - PAOK (Yunanıstan)
"Lester" (İngiltərə) - PSV (Niderland)
Yarımfinal
1. "Lester" (İngiltərə) - PSV (Niderland) / "Budyo Qlimt" (Norveç) - "Roma" (İtaliya)
2. "Feyenoord" (Niderland) - "Slaviya" Praqa (Çexiya) / "Marsel" (Fransa) - PAOK (Yunanıstan)
Final
1-ci cütün qalibi - 2-ci cütün qalibi
Qeyd edək ki, 1/4 final matçları aprelin 7-si və 14-də, yarımfinal qarşılaşmaları aprelin 28-də və mayın 5-də olacaq. Final görüşü isə mayın 25-də Albaniyanın paytaxtı Tiranadakı Milli Arenada oynanılacaq.