Futbol üzrə Konfrans Liqasında həftənin ən yaxşı oyunçusu müəyyənləşib. Corner.az xəbər verir ki, UEFA-nın rəsmi saytında azarkeşlər arasında keçirilən səsvermədə Niderlandın PSV klubunun oyunçusu Eran Zahavi həftənin ən yaxşısı seçilib.
O, “Kopenhagen”ə səfərdə 4:0 hesabıyla qalib gəldikləri matçda dubl edib. Konfrans Liqasında həftənin ən yaxşı adına Valenten Ronjye (“Olimpik”, Marsel, Fransa), Vangelis Pavlidis (“Alkmar”, Niderland) və Filipp Vizinger (LASK, Avstriya) də namizəd idi.