23 oktyabr 2024. Çərşənbə

Roma'ya Norveç sürprizi, Marsel'dən qələbə


Roma'ya Norveç sürprizi, Marsel'dən qələbə

Bu gün UEFA Konfrans Liqasında 1/4 final mərhələsinin ilk oyunları keçirilib.

Corner.az xəbər verir ki, ilk oyunda Çexiyanın “Slaviya” (Praqa) klubu Niderlandda “Feyenoord”la qarşılaşıb. Altı qolun qeydə alındığı matçda qalib müəyyənləşməyib.

Niderlandın digər təmsilçisi PSV isə səfərdə “Lester”in qonağı olub. Bu oyunda qapılara ümumiyyətlə qol vurulmayıb.

Konfrans Liqasının pley-off mərhələsində “Qarabağ”ı mübarizədən kənarlaşdıran “Marsel” doğma meydanda Yunanıstan PAOK-unu qəbul edib. Üç qolun qeydə alındığı matç meydan sahibləri çətin qələbə qazanıb.

“Roma” isə Norveçdə turnirin sürpriz komandası  “Bude Qlimt”in qonağı olub. Görüşdə hesabı italyanlar açsa da, meydan sahibləri əzmkar qələbə  qazanıb.

Cavab oyunları aprelin 14-də olacaq.

UEFA Konfrans Liqası, 1/4 final
İlk oyunlar

7 aprel

Feyenoord (Niderland) – Slaviya (Praqa, Çexiya) 3:3
Qol
: Sinisterra, 10. Senesi, 74. O.Kökçü, 86 – Olayinka, 41. Sor, 67. Traore, 90+5.

Marsel (Fransa) – PAOK (Yunanıstan) 2:1
Qol
: Jerson, 13. Payet, 45 – El Kadduri, 48.

Lester (İngiltərə) – PSV (Niderland) 0:0

Bude Qlimt (Norveç) – Roma (İtaliya) 2:1
Qol
: Saltnes, 56. Vetlesen, 89 – Pelleqrini, 43







Konfrans liqası

Asim Xudiyev Konfrans Liqası oyununda
  • Konfrans liqası
  • 11:18 06.08.2024
Asim Xudiyev Konfrans Liqası oyununda