- Konfrans liqası
- 02:04 08.11.2024
Bu gün UEFA Konfrans Liqasında 1/4 final mərhələsinin cavab oyunları keçirilib. Corner.az xəbər verir ki, bütün qarşılaşmalar eyni gündə baş tutub.
Gecənin ilk matçında İngiltərənin “Lester Siti” səfərdə PSV-nin qonağı olub. İngiltərədəki qarşılaşmada hesab açılmamışdı. Üç qolun qeydə alındığı cavab görüşündə isə "tülkülər" qələbə qazanıb.
Niderlandın digər təmsilçisi “Feyenoord” isə Çexiyanın paytaxtı Praqada “Slaviya” ilə qarşılaşıb. Bu komandalar arasındakı ilk oyunda da qalib müəyyənləşməmişdi. Cavab görüşündə Niderland təmsilçisi inamlı qələbə qazanmaqla yarımfinala çıxıb.
Pley-off mərhələsində “Qarabağ”ı mübarizədən kənarlaşdıran Marsel “Olimpik”i Yunanıstanda PAOK-la üz-üzə gəlib. Fransa təmsilçisi ilk görüşdə olduğu kimi, bu dəfə də qalib gələrək mərhələ adlayıb.
Turnirin favoritlərindən İtaliya “Roma”sı Norveçin “Bodo Qlimt” klubunu qəbul edib. “Canavarlar” səfərdə rəqibinə gözlənilməz şəkildə məğlub olmuşdu. İtaliya təmsilçisi cavab matçında 4 cavabsız qolla qələbə qazanaraq yarımfinala yüksəlib.
Beləliklə, yarımfinalda “Lester Siti” “Roma”yla, “Feyenoord” isə Marsel “Olimpik”i ilə üz-üzə gələcək.
Avropa Konfrans Liqası
1/4 finalın cavab oyunları
14 aprel
PSV (Niderland) – “Lester Siti” (İngiltərə) 1:2
Qol: Zahavi, 27 – Meddison, 77. R.Pereyra, 88.
İlk oyun – 0:0
“Slaviya” (Praqa, Çexiya) – “Feyenoord” (Niderland) 1:3
Qol: Traore, 14 – Dessers, 2; 59. Sinisterra, 78.
İlk oyun – 3:3
PAOK (Yunanıstan) – “Olimpik” (Marsel, Fransa) 0:1
Qol: Payet, 34.
İlk oyun – 1:2
“Roma” (İtaliya) – “Bodo Qlimt” (Norveç) 4:0
Qol: Abraham, 5. Zaniolo, 23; 29; 49.
İlk oyun – 1:2