26 noyabr 2024. Çərşənbə axşamı

Avropada İtaliyanın bayrağını biz dalğalandırmalıyıq


Avropada İtaliyanın bayrağını biz dalğalandırmalıyıq
“Roma”nın baş məşqçisi Joze Mourinyo UEFA Konfrans Liqasının 1/4 final mərhələsinin cavab oyununda “Bodo Qlimt” üzərində qazanılan qələbə ilə (4:0) bağlı fikirlərini bölüşüb. Corner.az UEFA-ya istinadən xəbər verir ki, 59 yaşlı portuqaliyalı çalışdırıcı, Avropada İtaliyanın bayrağını qaldırmaq istədiklərini söyləyib:
 
“İndi Avropada İtaliyanın bayrağını biz dalğalandırmalıyıq. Avrokuboklarda mübarizəni davam etdirən yeganə İtaliya klubu bizik. Biz rəqibdən güclü olsaqda yalnız dördüncü cəhddə “Bodo Qlimt”ə qalib gələ bildik. Amma əsas odur ki, ən həlledici matçdan qalib ayrılmağı bacardıq. Biz əslində, ilk hissəni 1:2 hesabıyla məğlub başa vurmuşduq. Yekun nəticədə isə 5:2 hesabı ilə qalib gəldik. Əvvəldən əla başladıq. Rəqib komanda ilk qollardan sonra işlərinin bitdiyini başa düşdü”.
 
“Roma” “Bodo Qlimt”ə 4:0 hesabı ilə qalib gəlib. İlk oyunda “Roma” 1:2 hesabı ilə uduzmuşdu.






Konfrans liqası