26 noyabr 2024. Çərşənbə axşamı

UEFA Marsel klubunu yenidən cəzalandırdı


UEFA Marsel klubunu yenidən cəzalandırdı

UEFA Fransanın "Marsel" klubunu cəzalandırıb.

Corner.az Avropa futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, buna Fransa təmsilçisinin azarkeşlərinin evdə PAOK-a qarşı keçirilmiş Konfrans Liqasının 1/4 final mərhələsinin ilk oyunundakı (2:1) davranışları səbəb olub.

Fanatların matçdan öncə rəqib komandanın tərəfdarlarına hücum etməsi, oyun vaxtı isə tribunada fişəng yandırması və meydana yad əşyalar atması klubu 98 000 avro cərimə ilə ziyana salıb. Bundan əlavə, UEFA priotexniki vasitələrin istifadə olunduğu tribunaların bağlanmasına qərar verib.

Qeyd edək ki, "Marsel" "Qarabağ"a qarşı pley-off və İsveçrə "Bazel"i ilə 1/8 final mərhələsinin ev oyunlarından sonra da analoji hadisələrə görə cəza alıb.







Konfrans liqası