- Konfrans liqası
- 02:14 28.11.2025
Avropa Konfrans Liqasında yarımfinal mərhələsinin ilk oyunları keçirilib. Corner.az xəbər verir ki, Joze Mourinyonun başçılıq etdiyi “Roma” səfərdə “Lester Siti”nin qonağı olub. İtaliya A Seriyasında gözləntilərin altında qalan “canavarlar”ın əsas hədəfi Konfrans Liqasının qalibi olmaqdır. Bu qarşılaşmada da hesabı qonaqlar açsalar da meydana sahibləri buraxılan qolun əvəzini çıxmağı bacarıb və ilk qarşılaşmada qalib müəyyənləşməyib.
Yarımfinalın daha bir oyunu isə “Feyenoord”la doğma meydanda Marsel “Olimpik”ini qəbul edib. Marsel təmsilçisi Konfrans Liqasının pley-off mərhələsində “Qarabağ”ı mübarizədən kənarlaşdırmışdı. Beş qolun qeydə alındığı bu qarşılaşmada isə Niderland təmsilçisi çətin qələbə qazanıb.
Avropa Konfrans Liqası
Yarımfinalın ilk oyunları
28 aprel
Lester Siti (İngiltərə) – Roma (İtaliya) 1:1
Qol: Lukman, 67 – Pelleqrini, 15.
Baş hakim: Karlos del Serro (İspaniya).
Feyenoord (Niderland) – Olimpik (Marsel, Fransa) 3:2
Qol: Dessers, 18; 46. Sinisterra, 20 – Dienq, 28. Jerson, 40.
Baş hakim: Maykl Oliver (İngiltərə).