29 yanvar 2026. Cümə axşamı

Mourinyo avrokubokların tarixinə düşdü


Mourinyo avrokubokların tarixinə düşdü
Avropa Konfrans Liqasının finalına vəsiqə qazanan “Roma”nın baş məşqçisi Joze Mourinyo iki rekorda ima atıb. Corner.az xəbər verir ki, portuqaliyalı mütəxəssis 3 avrokubok turnirində finala çıxan ilk məşqçidir. 
 
Bundan əvvəl onun çalışdırdığı komandalar Çempionlar Liqası və Avropa Liqasının da finalında oynayıb. 
 
Bundan başqa, Mourinyo 4 fərqli klubla avrokuboklarda finala çıxan ilk məşqçidir. O, "Porto" və "İnter"lə Çempionlar Liqasının, "Mançester Yunayted"lə isə Avropa Liqasının finalında iştirak edib.
 
Xatırladaq ki, "Roma" yarımfinalda "Lester Siti"ni mübarizədən kənarlaşdıraraq (1:1, 1:0) finala yüksəlib.






Konfrans liqası