29 yanvar 2026. Cümə axşamı

Lester'in 7 azarkeşi İtaliyada saxlanıldı


Lester'in 7 azarkeşi İtaliyada saxlanıldı

İngiltərənin "Lester" klubunun 7 azarkeşi İtaliyada saxlanılıb.

Corner.az-ın "Questura" nəşrinə istinadən məlumatına görə, buna səbəb fanatların "Roma"ya qarşı UEFA Konfrans Liqasının yarımfinal mərhələsinin cavab oyununda stadionun stüardlarına hücum etməsi olub.

Hadisənin matçın sonlarına yaxın baş verdiyi bildirilib. Qarşıdurma zamanı 6 stüard və 5 polis əməkdaşı xəsarət alıb.

Qeyd edək ki, görüş "Roma"nın qələbəsi ilə yekunlaşıb - 1:0. İlk qarşılaşmada rəqibi ilə 1:1 hesablı heç-heçə edən "canavarlar" finala yüksəlib. Paytaxt təmsilçisi mayın 25-də həlledici qarşılaşmada Niderland "Feyenoord"u ilə qarşılaşacaq.







Konfrans liqası