5 dekabr 2025. Cümə

Konfrans Liqasında həftənin ən yaxşısı bilindi


Konfrans Liqasında həftənin ən yaxşısı bilindi
Avropa Konfrans Liqasında yarımfinal mərhələsinin cavab oyunlarından sonra həftənin ən yaxşı futbolçusu bəlli olub. Corner.az xəbər verir ki, bu ada İtaliyanın “Roma” klubunun ingilis futbolçusu Temmi Abraham layiq görülüb.
 
24 yaşlı hücumçu İngiltərənin “Lester Siti” komandasına 1:0 hesabı ilə qalib gəldikləri görüşdə qələbə qolunun müəllifi olub.
 
Konfrans Liqasında həftənin ən yaxşı oyunçusu adına İngiltərə “Lester Siti”sindən Uesli Fofana, Fransanın “Olimpik” (Marsel) klubundan Luan Peres və Niderland “Feyenoord”undan Gernot Trauner də namizəd idi.






Konfrans liqası

Edin Ceko Konfrans Liqasında tarixə düşdü
  • Konfrans liqası
  • 12:38 24.10.2025
Edin Ceko Konfrans Liqasında tarixə düşdü