19 mart 2026. Cümə axşamı

Konfrans Liqası: Final oyunundan əvvəl kütləvi davada 10 polis yaralandı


Konfrans Liqası: Final oyunundan əvvəl kütləvi davada 10 polis yaralandı

Albaniyanın paytaxtı Tiranada İtaliyanın "Roma" və Niderlandın "Feyenoord" klublarının UEFA Konfrans Liqasındakı final oyunundan öncə azarkeşlər arasında insident baş veriib.

Corner.az "France Presse" agentliyinə istinadən xəbər verir ki, şəhərin ən azı üç yerində  yaşanan iğtişaşlara görə 10 polis yaralanıb.

Hüquq-mühafizə orqanları zorakılıq edən fanatlara qarşı gözyaşardıcı qazdan istifadə ediblər. "Roma" tərəfdarları polislərə daşla hücum ediblər. Hər iki komandanın ümumilikdə 60 azarkeşi saxlanılıb.

Bundan əlavə, "Feyenoord"un 8 azarkeşi İtaliya müxalifətinin şüarlarını səsləndirən şəxsi stulla döydüyü üçün tutulub. Albaniya vətəndaşı xəstəxanaya aparılıb. Həmçinin Niderland təmsilçisinin 200-dək tərəfdarı rəqib fanatların yerləşdiyi məkana keçmək istəyərkən polislə qarşıdurma yaşayıb.

Qeyd edək ki, bu gün Tiranadakı Milli Arenada keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.







Konfrans liqası

"Samsunspor" Konfrans Liqasında tarix yazdı
  • Konfrans liqası
  • 00:08 27.02.2026
"Samsunspor" Konfrans Liqasında tarix yazdı