23 oktyabr 2024. Çərşənbə

Hər üç avrokuboku qazanan ilk məşqçi olacam


Hər üç avrokuboku qazanan ilk məşqçi olacam
“Roma”nın baş məşqçisi Joze Mourinyo Avropa Konfrans Liqasının bu gün “Feyenoord”la keçiriləcək final matçından əvvəl fikirlərini bildirib. Corner.az xəbər verir ki, portuqaliyalı mütəxəssis yeni tarix yazmaq istədiklərini deyib:
 
“Yolun son mərhələsindəyik. Bu, mövsümün sonudur. Həftəsonu bir final oynadıq və Avropa Liqasının növbəti mövsümündə yerimizi təmin etdik. Konfrans Liqasının finalına yüksələrək tarixə düşdük. Amma indi kuboku qazanaraq yeni tarix yazmalıyıq. Futbolçularım tam matça fokuslanıb. Bu, finaldır. Oyun günü ağlımda başqa şey olmur. Bu, mənim üçün sanki ilk finaldır. Bu planda heç nə dəyişməyib. Qalib gəlsək, hər üç avrokuboku qazanan ilk məşqçi olacam. Amma yalnız qalib gəlsək, bu ünvana sahib olacam. Final oyununun necə yekunlaşmasından asılı olmayaraq mövsüm mənim üçün pozitiv oldu”.
 
Bildirək ki, Konfrans Liqasının “Roma” – “Feyenoord” matçına bu gün Bakı vaxtı ilə saat 23:00-da start veriləcək.






Konfrans liqası

Asim Xudiyev Konfrans Liqası oyununda
  • Konfrans liqası
  • 11:18 06.08.2024
Asim Xudiyev Konfrans Liqası oyununda