23 oktyabr 2024. Çərşənbə

Roma Konfrans Liqasının qalibi oldu!


Roma Konfrans Liqasının qalibi oldu!

Bu gün Avropa Konfrans Liqasının qalibi müəyyənləşib.

Corner.az xəbər verir ki, həlledici matçda İtaliyanın “Roma” və Niderlandın “Feyenoord” komandaları qarşılaşıb.

Joze Mourinyonun rəhbərlik etdiyi "canavarlar" ilk başlardan Konfrans Liqasının favoritlərindən hesab olunurdu. Paytaxt klubu da final görüşündə qələbə qazanmaqla, mövsümü kubokla başa vurmaq istəyirdi. Ancaq rəqibdə o qədər asan deyildi.

Niderland təmsilçisi də Konfrans Liqasının qalibi olmaq üçün əlindən gələni etməyə çalışacaqdı. Lakin yekunda rəqibinə minimal qalib gələn “Roma” ilk dəfə keçirilən Konfrans Liqasının qalibi olub.

Avropa Konfrans Liqası
Final
25 may

Roma – Feyenoord 1:0
Qol: Zaniolo, 32.
Baş hakim: İştvan Kovaç (Rumıniya).
Tirana, Milli Arena.

Roma: Rui Patrisio, Rik Karsdrop, Canluka Mançini, Kris Smollinq, Rocer İbanes, Brayan Kristante, Nikola Zalevski, Lorenso Pelleqrini (k), Henrix Mxitaryan, Nikolo Zaniolo, Temmi Abraham.
Feyenoord: Castin Beylo (k), Lutsarel Gertruyda, Markos Senesi, Tayrell Malasia, Gernot Trauner, Fredrik Aursnes, Orkun Kökcü, Qus Til, Luis Sinisterra, Reyss Nelson, Siril Dessers







Konfrans liqası

Asim Xudiyev Konfrans Liqası oyununda
  • Konfrans liqası
  • 11:18 06.08.2024
Asim Xudiyev Konfrans Liqası oyununda