- Konfrans liqası
- 01:11 01.05.2026
İtaliyanın "Roma" və Niderlandın "Feyenoord" komandaları arasında keçirilmiş UEFA Konfrans Liqasının final matçından sonra həftənin ən yaxşı oyunçusu adına namizədlər müəyyənləşib.
Corner.az-ın məlumatına görə, bu ada "Roma"nın qapıçısı Ruy Patrisiu, müdafiəçisi Kris Smollinq, yarımmüdafiəçisi Nikola Zaniolo və "Feyenoord"dan Orkun Kökçü iddia edir.
Qeyd edək ki, qalib UEFA-nın rəsmi saytında yolu ilə müəyyənləşəcək. Rəqibini 1:0 hesabı ilə məğlub edən İtaliya təmsilçisi turnirin qalibi olub. "Canavarlar"ın yeganə qolunu Zaniolo vurub.