22 noyabr 2024. Cümə

KL: Roma bunu bacaran ilk komanda oldu


KL: Roma bunu bacaran ilk komanda oldu

İtaliyanın "Roma" klubu UEFA Konfrans Liqasındakı bütün oyunlarında fərqlənməyi bacaran yeganə komanda olub.

Corner.az-ın məlumatına görə, Joze Mourinyonun rəhbərlik etdiyi kollektiv cari avrokubok mövsümündə 15 matça çıxıb. "Canavarlar" finalda Niderland "Feyenoord"una minimal hesabla qalib gəlib- 1:0. Albaniyanın paytaxtı Tiranadakı Milli Stadionda oynanılmış qarşılaşmada yeganə qola 32-ci dəqiqədə Nikolo Zanyolo imza atıb.

Qeyd edək ki, "Roma" İtaliya A Seriyasında 6-cı yeri tutaraq, Avropa Liqasına vəsiqə qazanıb.







Konfrans liqası