23 oktyabr 2024. Çərşənbə

Mourinyo tarixi ilkə imza atdı


Mourinyo tarixi ilkə imza atdı
Avropa Konfrans Liqasının ötən gecə baş tutan finalında "Feyennord"a 1:0 hesabı ilə qalib gələn "Roma"nın baş məşqçisi Joze Mourinyo tarixi ilkə imza atıb. Corner.az xəbər verir ki, portuqaliyalı çalışdırıcı hazırda keçirilən bütün Avropa turnirlərinin - Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasının qalibi olmuş ilk məşqçi ünvanına sahib çıxıb.
 
59 yaşlı mütəxəssis iki dəfə ÇL-i qazanıb. "Portu" (2003/04) və "İnter"lə (2009/10) qitənin ən nüfuzlu klub turnirində qələbə sevinci yaşayan Mour "Mançester Yunyated"in baş məşqçisi postunda Avropa Liqasının (2016/17) kubokunu başı üzərinə qaldırıb. O, həmçinin "Portu"nun "sükanı arxası"nda (2002/03) UEFA Kubokunun qalibi olub.






Konfrans liqası

Asim Xudiyev Konfrans Liqası oyununda
  • Konfrans liqası
  • 11:18 06.08.2024
Asim Xudiyev Konfrans Liqası oyununda