"Püşk qarşımıza yaxşı rəqib çıxardı".
Corner.az-ın məlumatına görə, bunu "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin püşkünü dəyərləndirərkən deyib.
39 yaşlı mütxəssis İsrailin "Makkabi" (Təl-Əviv) klubunun Azərbaycan futbol ictimaiyyətinə tanış rəqib olduğunu bildirib: "Yaxın keçmişdə "Qarabağ"la Avropa Liqasının qrup mərhələsində də qarşılaşıblar. İsrailin ən güclü, üzdə olan klublarından biridir. Bizim üçün maraqlı təcrübə olacaq. Bütün gücümüzlə oyuna hazırlaşacağıq. Sonda uğur qazanıb, mərhələ keçən tərəf olmaq üçün əlimizdən gələni edəcəyik".