7 noyabr 2026. Şənbə

Qəbələ narahat rəqibdir


Qəbələ narahat rəqibdir

"Bilirik ki, Azərbaycan Premyer Liqasında braziliyalı legionerlərə üstünlük verirlər".

Corner.az-ın məlumatına görə, bunu "Qəbələ"nin UEFA Konfrans Liqasının II təsnifat mərhələsindəki rəqibi olan Macarıstanın "Fehervar" klubunun idman direktoru İştvan Saploy püşkü dəyərləndirərkən deyib.

55 yaşlı funksioner, "qırmızı-qaralar"ın heyətində də daim rəqibi təhlükə altında saxlayan 4 "sambaçı"nın çıxış etdiyini bildirib: "Qəbələ" narahat rəqibdir. Amma heç nəyə baxmayaraq, irəliləmək istəyirik".

Qeyd edək ki, UEFA Konfrans Liqasında II təsnifat mərhələsinin oyunları 21 - 28 iyulda olacaq.







Konfrans liqası

Konfrans Liqasında sensasiyalı nəticələr
  • Konfrans liqası
  • 01:26 23.10.2026
Konfrans Liqasında sensasiyalı nəticələr
“Ayaks” “Atalanta”nı məğlub etdi
  • Konfrans liqası
  • 01:12 23.10.2026
“Ayaks” “Atalanta”nı məğlub etdi