7 noyabr 2026. Şənbə

Zirə'nin rəqibində koronavirus aşkarlandı


Zirə'nin rəqibində koronavirus aşkarlandı
Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Zirə”nin rəqibi olan İsrailin “Makkabi” (Təl-Əviv) klubunda koronavirusa yoluxma halı baş verib. Corner.az xəbər verir ki, Təl-Əviv təmsilçisinin futbolçusu Parfe Giaqon infeksiyaya yoluxub.
 
Ölkəsindən qayıdan Fil Dişi Sahilindən olan yarımmüdafiəçidən Ben-Qurion aeroportunda götürülən analiz müsbət çıxıb. Dərhal karantinə alınan 21 yaşlı oyunçu ötən gün təlim-məşq toplanışına başlayan komandadan kənarda qalıb.
 
Avropa Konfrans Liqasında 2-ci təsnifat mərhələsinin oyunları iyulun 21-də və 28-də olacaq.






Konfrans liqası

Konfrans Liqasında sensasiyalı nəticələr
  • Konfrans liqası
  • 01:26 23.10.2026
Konfrans Liqasında sensasiyalı nəticələr
“Ayaks” “Atalanta”nı məğlub etdi
  • Konfrans liqası
  • 01:12 23.10.2026
“Ayaks” “Atalanta”nı məğlub etdi