- Konfrans liqası
- 02:04 08.11.2024
"Təlim-məşq toplanışına yaxşı başladıq və ilk yoxlama oyununda böyükhesablı qələbə qazandıq. Amma əvvəlcə avrokubok matçlarını həll etməliyik".
Corner.az-ın məlumatına görə, bunu Kiprin "Aris" klubunun futbolçusu Matiya Şpolyariç "Neftçi"yə qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin oyunları barədə danışarkən deyib.
25 yaşlı kiprli hücumçu "ağ-qaralar"la matça ciddi hazırlaşdıqlarını bildirib: "Görməli olduğumuz işlər çoxdur. Əlimizdən gələni edirik. Bilirsiniz ki, yeni baş məşqçimiz var. Onun üslubuna uyğunlaşmaq üçün çox çalışmalıyıq. Oyuna hazır olmaq üçün mümkün olan hər şeyi edəcəyik".
Qeyd edək ki, "Neftçi" "Aris"ə qarşı ilk oyununu iyulun 21-də səfərdə keçirəcək. Cavab görüşü isə 1 həftə sonra Bakıda olacaq