5 dekabr 2025. Cümə

Neftçi bizimlə eyni vəziyyətdədir


Neftçi bizimlə eyni vəziyyətdədir
Kiprin “Aris” klubunun baş məşqçisi Aleksey Şpilevski klubun TV kanalına müsahibə verib. Corner.az xəbər verir ki, 34 yaşlı belaruslu mütəxəssis “Neftçi”ylə vəziyyətlərinin eyni olduqlarını bildirib:
 
“Neftçi” bizimlə eyni vəziyyətdədir. Onların da yeni baş məşqçisi var və hazırlığa bu günlərdə başlayıblar.
 
Amma motivasiya var. Oyuna tam hazır olmasaq belə, sonadək mübarizə aparacağıq. Həmin görüşlərə son oyunumuz kimi çıxacağıq”. 
 
Şpilevski bildirb ki, “Neftçi” ilə oyunlara kimi daha 2-3 oyunçu almaq niyyətindədirlər.
 
“Neftçi” Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsində Kiprin “Aris” klubu ilə qarşılaşacaq. İlk oyun iyulun 21-də Kiprdə, cavab matçı isə ayın 28-də Bakıda olacaq.






Konfrans liqası

Edin Ceko Konfrans Liqasında tarixə düşdü
  • Konfrans liqası
  • 12:38 24.10.2025
Edin Ceko Konfrans Liqasında tarixə düşdü