5 dekabr 2025. Cümə

Neftçi'nin rəqibindən Latviyada növbəti qələbə


Neftçi'nin rəqibindən Latviyada növbəti qələbə
“Neftçi”nin Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi “Aris” növbəti yoxlama matçını keçirib. Corner.az xəbər verir ki, Kipr təmsilçisi Latviyanın “Skantes” komandası ilə qarşılaşıb.
 
Dörd qolun qeydə alındığı oyunda Limassol təmsilçisinin qələbəsiylə yekunlaşıb – 3:1. 
 
Xatırladaq ki, “Aris” Latviyadakı ilk sınaq oyununda yerli “Riqa”nı da 4:0 hesabıyla məğlub etmişdi.
 
“Neftçi”nin “Aris”lə ilk oyunu iyulun 21-də Limassolda, cavab görüşü isə ayın 28-də Bakıda baş tutacaq.






Konfrans liqası

Edin Ceko Konfrans Liqasında tarixə düşdü
  • Konfrans liqası
  • 12:38 24.10.2025
Edin Ceko Konfrans Liqasında tarixə düşdü