31 iyul 2026. Cümə

KL: 1-ci təsnifat mərhələsi heç-heçələrlə başladı


KL: 1-ci təsnifat mərhələsi heç-heçələrlə başladı
Bu gün futbol üzrə Avropa Konfrans Liqasında 1-ci təsnifat mərhələsinə start verilib. Corner.az xəbər verir ki, ilk oyun günündə iki görüş baş tutub.
 
Maltanın “Qzira” komandası doğma meydanda Andorranın “Atletik Eskaldes” kollektivi ilə üz-üzə gəlib. Tərəflər hərəyə bir dəfə fərqləndikləri bu oyunda qalibi müəyyənləşməyib.
 
Günün digər matçında isə Cəbəllütariq “Sent Cozefs”i Şimali İrlandiyanın “Larne” komandası ilə qarşılaşıb. Bu oyunda qapılara ümumiyyətlə qol vurulmayıb.
 
Bu mərhələnin qalan oyunları sabah keçiriləcək. Cavab qarşılaşmaları isə bir həftə sonra baş tutacaq.
 
Avropa Konfrans Liqası
1-ci təsnifat mərhələsinin ilk oyunları
5 iyul
 
Qzira Yunayted (Malta) - Atletik Eskaldes (Andorra) 1:1
 
Sent Cozefs (Cəbəllütariq) – Larne (Şimali İrlandiya) 0:0






Konfrans liqası

"Zirə" son dəqiqə qolu ilə uduzdu
  • Konfrans liqası
  • 22:27 23.07.2026
"Zirə" son dəqiqə qolu ilə uduzdu
Mahir Emreli debüt matçında qol vurdu
  • Konfrans liqası
  • 21:53 23.07.2026
Mahir Emreli debüt matçında qol vurdu